Roberto Bordin: "Bəxt onda gətirmiş olar ki, etdiyin bir hücum qol olar"

23:40 - 16 Sentyabr 2018

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının IV turunda “Keşlə”yə 2-0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bplüşüb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis öncə oyun barədə danışıb:

 

- Komandamın oyunundan razıyam. İlk hissədə kifayət qədər imkandan yararlana bilmədik. Ancaq sonradan yaxşı oynadıq. Əvəzlənmədən meydana daxil olan futbolçular özlərini yaxşı tərəfdən göstərdilər.

 

- 88-ci dəqiqədən sonra iki qol vurdunuz.  Buna qədər isə komanda meydanda var-gəl edirdi. Maraqlıdı, “Neftçi” 88-ci dəqiqəyə qədər harda idi?

- Ola bilsin ki, siz başqa oyuna baxmısınız. Mən bu fikirlə razı deyirəm.

 

- Rəqib baş məşqçi bəxtlərinin gətirmədiyini dedi. “Neftçi”nin bəxt hesabına qalib gəlməsi fikri ilə razısınız?

- İlk hissədə imkanlarımız oldu, amma vura bilmədik. Bəxt onda gətirmiş olar ki, etdiyin bir hücum qol olar. Biz ikinci yarıda xeyli sayda qol imkanları yaratdıq və qələbəni haqq etdik.

 

- Rəhman Hacıyev uzun müddətdən sonra start heyətə qayıtdı. Onun çıxışından razı qaldınız?

- Razıyam. Start heyətində meydana daxil olan hər bir futbolçu ümidləri doğrultdu.

 

- Emin Mahmudovun yoxluğu komandaya necə təsir etdi?

- Emin çox keyfiyyətli futbolçudur, kifayət qədər təhlükəli epizodlar yaradır. Bu gün Rəhman onun mövqeyində mübarizə apardı və onun çıxışından razı qaldım. 

 

- Dario Frederiko fərdi oyuna üstünlük verir. Bu durum sizi narahat etmir?

- Dario ilə Dabonun yaxşı keyfiyyətləri var, onlardan razıyam. İkinci hissədə yorğunluq hiss etdiyi üçün əvəzetməyə əl atdım. Onu deyə bilərəm ki, Darionun çıxışı məni çox razı salır.  

 

- “Qarabağ” – “Sumqayıt” oyununda mübahisəli epizodlar oldu. Bunları “Neftçi”nin baş məşqçisi kimi yox, italiyalı mütəxəssis kimi necə şərh edə bilərsiz?

- Təkrarda açıq-aydın göründü ki, penalti var idi. O qədər aşkar idi ki, cərimə zərbəsi verməməkdən söhbət gedə bilməzdi. Çox sadə vəziyyət idi. Hakim üçün də, laynsman üçün də düzgün qərar vermək asan olmalı idi.

Xəbər xətti