Kamran Ağayev: "İrəli özbaşına getmədim" MÜSAHİBƏ

00:05 - 17 Sentyabr 2018

Topaz Premyer Liqasının IV turunda "Keşlə" səfərdə "Neftçi"yə 0-1 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların qolkiperi Kamran Ağayev jurnalistlərə müsahibə verib. Təcrübəli əlcək sahibinin müsahibəsini təqdim edirik.

 

- Sona qədər dayana bilmədiniz.

- Dayanmamışdıq, təmiz futbol oynayırdıq. Arxada müdafiədə oturmamışdıq. Şanslardan yararlana bilmirdik. Bizim də, rəqibin də qol epizodları oldu. Futbolda belə hallar olur.

 

- Son dəqiqələrdə iki qol buraxaraq, məğlub oldunuz. Məğlubiyyətə nə səbəb oldu?

- Normaldı, insanın fiziki gücü tükənir. İdmançı nə vaxt səhv edir? Gücün tükənəndə səhv edirsən. Son dəqiqələr idi, "Neftçi" öz meydanında oynayırdı və son dəqiqələrdə təzyiq edirdi. Müdafiədə və hücumda yaxşı çıxış etdik. Ağıllı oynadıq.

 

- Bir xalı niyə qazana bilmədiniz?

- Qısa zamanda düzəlməyə çalışacağıq. 90 dəqiqədə insan aqressiv olur, özündən çıxır. Amma futbolun da gözəllikləri olur. Oyunumuzun təkrarına baxacağıq və məşqçinin iradlarını dinləyəcəyik. 

 

- Son dəqiqələrdə irəli atıldın.

- Kubok oyunu deyil ki. Birincisi, rəqibin cərimə meydançasına özbaşına getmədim. Baş məşqçinin məsləhəti ilə qabağa getdim. Çünki son 30 saniyə idi. 0-1 hesablı məğlubiyyətlə, daha böyük hesablı yenilginin fərqi yox idi. Bir xal ala bilərdik, amma qismət belə oldu. Fikrimcə, "Neftçi"nin 2-ci qolunda oyundankənar vəziyyət var idi. Oyun təcrübəmdən belə qərardayam. Analiz edib, baxarıq.

 

- Bu vəziyyətdən çıxa biləcəksiniz?

- Hər şeyin Allahın əlindədir. Hamı öz üzərində çalışmalıdır. Heç kim doğulandan futbolçu olmayıb. Çalışıb, bu vəziyyətdən çıxmaq lazımdı.

Xəbər xətti