Anton Krivotsyuk: "Üçüncü dəfə fürsəti qaçırmaq istəmirdim" MÜSAHİBƏ

Topaz Premyer Liqasının IV turunda "Neftçi" evdə "Keşlə"ni 2-0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyunda ilk qolun müəllifi olan Anton Krivotsyuk matçdan sonra jurnalislərə müsahibə verib. U-21 millimizin üzvü öncə oyun barədə danışıb:

 

- Hər iki tərəf üçün çox çətin oyun oldu. Son dəqiqələrdə daha istəkli olduq və daha çox güc sərf etdik ki, bu da qələbə ilə nəticələndi.

 

- Qol vurmaq üçün 1-2 şansın daha əvvəlcə yaranmışdı. Sanki bu inam səndə var idi və sonda alındı.

- 2 dəfə şansımı boşa verdim. 3-cü dəfə fürsəti qaçırmaq istəmirdim. Təbii ki, qol üçün məndə inam var idi. 

 

- Qol zamanı texniki zonaya qaçdın. Lakin qolu başqa adama həsr etdin.

- Mənim yaxın dostum tribunada yer almışdı. Qolumu ona həsr etdim.

 

- Əsasən sol cinahda oynayırsan. Millidə isə mərkəz müdafiəçisi kimi çıxış edirsən. Roberto Bordin səni millidəki çıxışına görə mərkəzə çəkib, yoxsa Ruslan Abışovun yoxluğuna görə?

- Bu, ilk dəfə deyildi ki, mərkəzdə çıxış etdim. Ruslan zədəli olduğu üçün burada çıxış edirdim. Əsas səbəb budur.

 

- Kirilo Petrovla həmyerlisən. Səhvlər edəndə o, sənə dəstək olur. Bu, sənin üçün stimuldur?

- Siz tamamilə düzgün vurğulayırsınız. Petrovun böyük təcrübəsi var. Onun məsləhətlərindən mütləq istifadə etməliyəm.

 

- Çempionluq üçün şansları necə hesab edirsən?

- Oyundan sonra Roberto Bordin bildirdi ki, bu, minimum idi. Hər şey qabaqdadır. Hər oyuna final kimi köklənməliyik.

Tarix: 17 Sentyabr [00:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2018
21  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio