Almeyda oynamadı, "Astana" büdrədi

10:10 - 17 Sentyabr 2018

Qazaxıstan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” “Kaysar”ı qəbul edib. Görüş 0-0 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Almeyda sonadək ehtiyatda qalıb.

 

"Astana" 58 xalla 12 iştirakçı komanda arasında vahid liderdi.

Xəbər xətti