Əliyar Ağayev "Latsio"nun oyununu idarə edəcək

12:12 - 17 Sentyabr 2018

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.

 

Sportal.az xəbər verir ki, o, sentyabrın 20-də Romadakı Olimpiya Stadionunda keçiriləcək “Latsio” – “Apollon” oyununu idarə edəcək. 

 

“Latsio” (Roma, İtaliya) – “Apollon” (Limassol, Kipr)
Baş hakim:
Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
Dördüncü hakim: Mübariz Haşımov

20 sentyabr. Roma Olimpiya Stadionu.

Xəbər xətti