Millimizin üzvü asist etdi, komandası sevindi

09:34 - 30 Aprel 2024

Ukraynada Premyer Liqanın 26-cı tura yekun vurulub.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” öz meydanında “Vorskla” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mustafayev meydana start heyətində çıxıb və 80-ci dəqiqədə asist edib.

"Polesye" hazırda 42 xalla 6-cı yerdədir.

Xəbər xətti