"Əl-Hilal" "Mançester Siti"nin futbolçusunu istəyir

12:16 - 30 Aprel 2024

"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne Səudiyyə Ərəbistanı klublarından təkliflər alıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, belçikalı futbolçuya "Əl-İttihad" və "Əl-Hilal" klubları maraq göstərir.

Amma "şəhərlilər" aparıcı futbolçusunu satmaq niyyətində deyil.

İstənilən halda, ərəblər yayda onun üçün rəsmi təklif göndərəcək. 32 yaşlı futbolçunun "Mançester Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

Xəbər xətti