"Sumqayıt"ın legioneri "Qarabağ"la matç barədə: "Təslim olmaq fikrimiz yoxdur"

14:34 - 30 Aprel 2024

"Sumqayıt"ın müdafiəçisi Abu Dosso Sportal.az saytına açıqlama verib. "Kimyaçılar"ın legioneri komandasının Premyer Liqanın 32-ci turunda "Qarabağ" üzərindəki qələbəsini şərh edib və bununla yanaşı, avrokuboklar şansını dəyərləndirib: 

"Qarabağ"la matçda üç xal qazandığımız üçün çox xoşbəxtik. Çünki bizim üçün çox vacib görüş idi. Turnir cədvəlinin ilk üçlüyündə qərarlaşmaq da vacib idi, bunu anlayırdıq və qələbə qazanmaq bizi çox sevindirir. Biz addım-addım irəliləyirik, oyundan-oyuna avrokuboklara yaxınlaşmaq istəyirik. Təslim olmaq fikrimiz yoxdur. Bilirik ki, yuxarı pillələrdə qərarlaşaraq Konfrans Liqası və ya Avropa Liqasına yollanacaq potensiala sahibik. "Qarabağ"la matçda əla atmosfer oldu. Tribunalar oldu idi. Həqiqətən də bu cür atmosfer oynamaq çox xoş oldu, şadam ki, azarkeşlərimizi qələbə ilə sevindirdik".

Dosso, "Sumqayıt"ın Premyer Liqanın 33-cü turunda da qələbə üçün meydana çıxacağını bildirib. O, "Kəpəz"lə görüşdən gözləntilərini bizimlə bölüşüb: "Növbəti turda "Kəpəz"lə qarşılaşacağıq. Dediyim kimi, biz oyundan-oyuna irəliləmək istəyirik. Hər şeyi edəcəyik ki, uduzmayaq və istədiyimiz hədəfə çataq. "Kəpəz"lə görüşdə qələbə qazanacaq potensiala da malikik".

Xəbər xətti