Çempionlar Liqası: "Qarabağ"ın növbəti mümkün rəqib bəlli oldu

16:34 - 30 Aprel 2024

"Qarabağ"ın yeni mövsüm üçün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki növbəti rəqibi bəlli olub. 

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunununun ilk mərhələdə mümkün rəqibləri arasına "Dinamo" (Minsk) da adını əlavə edib.

Belə ki, Minsk təmsilçisi səpələnməmişlər səbətində olacaq. 

"Qarabağ"ın "Dinamo"dan savayı digər mümkün rəqibləri isə "Ordabası" (Qazaxıstan), "Panevejis" (Litva), "Vikinqur" (İslandiya) və "Virtus" (San-Marino) komandasıdır. 

Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatması iyunun 18-də baş tutacaq. 

Xəbər xətti