PSJ-nin 60 milyon avroya transfer etdiyi futbolçu "Yuventus"a keçə bilər

19:53 - 30 Aprel 2024

"Yuventus" yayda yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Turin təmsilçis PSJ-dən Manuel Uqartenirənglərinə bağlamağı planlaşdırır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Yuventus" uruqvaylı orta xətt oyunçusunu bir mövsümlük icarəyə götürmək niyyətindədir. Mövsüm bitdikdən sonra tərəflər arasında rəsmi danışıqlar başlayacaq.

Qeyd edək ki, PSJ Manuel uqarteni 2023-cü ilin yayında "Sportinq"dən 30 milyon avroya transfer edib. 23 yaşlı futbolçu parislilərin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb. Uruqvay millisinin üzvünün Fransa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir. 

Xəbər xətti