"Qarabağ" bölgələrdə futbolçu axtarır

20:30 - 30 Aprel 2024

“Qarabağ” Futbol Akademiyası bölgələr üzrə futbolçu seçimləri elan edir.

Sportal.az xəbər verir ki, seçimlərdə 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il təvvəllüdlülər iştirak edə bilərlər. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seçimlər mayın 2-də saat 11:00-dan etibarən Qusar rayon Şirvanlı kənd stadionu, mayın 3-ü 17:00-dan etibarən Şirvan şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.

Telefon: 055 400-49-63

Xəbər xətti