Tanınmış hücumçu baş məşqçi təyin olunacaq

21:39 - 30 Aprel 2024

Robin van Persi növbəti mövsüm üçün "Heerenveen"in baş məşqçisi təyin olunacaq.

Sportal.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Sabiq hücumçu ilə 2 illik müqavilə imzalanacaq.

Təyinatın qısa müddət ərzində rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Robin van Persi futbolçu karyerası ərzində “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbağça” klublarında çıxış edib. 40 yaşlı mütəxəssis hazırda "Feyenoord"un gənclər komandasını çalışdırır.

Xəbər xətti