"Xırdalan" "Neftçi"ni məğlub etdi

21:57 - 30 Aprel 2024

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının ilk pley-off oyunu baş tutub.

Sportal.az xəbər verir ki, pley-off 'un 1/4 final mərhələsində "Xırdalan" və "Neftçi" komandaları arasında seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib. Oyuna sürətli başlamış "Xırdalan" yekunda 80-75 hesablı çətin qələbə qazanıb.

Bu qələbə ilə "Xırdalan" seriyada 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Brüyer - 18 xal, 4 ribaund), "Neftçi" (Alfonso Villis - 15 xal, 10 ribaund) 

Qeyd edək ki, "Xırdalan" və "Neftçi" klubları arasında seriyanın ikinci oyunu 2 may tarixində baş tutacaq

Xəbər xətti