Çempionlar Liqası: "Real" Münhendə uduzmadı

01:11 - 1 May 2024

Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, "Bavariya" doğma meydanda "Real"ı qəbul edib.

Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Cavab görüşü mayın 8-də Madriddə keçiriləcək.  

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun

30 aprel

"Bavariya" (Almaniya) – "Real" (İspaniya) 2:2
Qollar:
Leroy Sane, 53, Harri Keyn, 57 (pen.) - Vinisius Junior, 24, 83 (pen.)
Baş hakim: Kleman Türpin (Fransa)

Xəbər xətti