"Arsenal" "İnter"in hücumçusunu istəyir

09:18 - 1 May 2024

"Arsenal" hücumçu axtarışındadır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, London təmsilçisi "İnter"in forvardı Markus Türamla maraqlanır.

Fransalının "Arsenal"a keçmək istəyində olduğu bildirilir. Türam 2023-cü ildə "Borussiya"dan (Münhenqladbax) "İnter"ə keçib. 

Onun "nerazzura" ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir. Türam karyerası ərzində "Soşo", "Genqam" klublarında da oynayıb.

Xəbər xətti