İsveç klubundakı azərbaycanlı: "Yurqorden"in heç bir hücumçusu Musadan güclü deyil"

13:47 - 1 May 2024

İsveçdə futbol məşqçisi kimi fəaliyyət göstərən Valeh Qafarov Sportal.az saytına açıqlama verib.

O, Azərbaycan millisinin hücumçusu olan Musa Qurbanlının "Yurqorden"dəki vəziyyətini şərh edib.

Əvvəl "Örebro", indi isə "Karslunds" klubunda işləyən Qafarov Qurbanlının hazırkı komandasında az-az şans görməsinə və gələcək perspektivi haqda danışıb:

"Təəssüflər olsun ki, Musa Qurbanlıya az şans verilir. Açığı, yeni başlamış sezonda Musaya çox şans veriləcəyini gözləyirdim. Amma təəssüf ki, olmadı. Əminəm ki, "Yurqorden"də heç bir hücumçu Musadan güclü deyil. Ona az şans verilməsinin səbəbini anlamıram. O, yavaş-yavaş İsveç futboluna və çempionatına öyrəşib. Birinci oyunda meydana sonradan daxil oldu, 20 dəqiqə oynadı və "Yurqorden" iki qol vurdu. Musa istedadlı və yaxşı forvarddır. Onun kimi futbolçunun harada oynamasından asılı olmayaraq, əsas heyətdə yer almalıdır. Öz üzərində çox çalışır, işini çox sevir və əsl peşəkardır. Futbolda belə hallar baş verir. Sadəcə səbrli olub, gözləmək lazımdır. İnanıram ki, Musa üçün hər yaxşı olacaq".

Mirbağırağa

Xəbər xətti