"Yuventus" serbiyalı üçün 16 milyon təklif edəcək

10:34 - 1 May 2024

"Yuventus" "Udineze"nin futbolçusu Lazar Samarciçi istəyir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" yayda serbiyalı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

Udine təmsilçisi isə Samarciç üçün 16 milyon avro transfer məbləği tələb edir.

22 yaşlı futbolçunun "Yuventus2a keçməkdə maraqlı olduğu bildirilir. 

Bu mövsüm İtaliya A seriyasında 30 oyuna çıxan serbiyalı 4 qol vurub, 2 asist edib.

22 yaşlı futbolçu "Herta" və "Leyptsiq"də oynadıqdan sonra 2021-ci ildə "Udineze"yə keçib. 

Xəbər xətti