"Real"ın futbolçusu tarixə keçdi

12:18 - 1 May 2024

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk "Bavariya" ilə 2:2 oynayan "Real" bir həftədən sonra cavab görüşünə çıxacaq. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, bu görüş "kral klubu"nun yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.

Belə ki, ikinci hissədə meydana daxil olan xorvatiyalı Çempionlar Liqasının bu mərhələsində oynamış üçüncü ən yaşlı futbolçu kimi tarixə keçib. 

Bu göstəricidə rekordçu "Milan"ın keçmiş müdafiəçisi Alessandro Kostakurtadır. O, 40 yaş 2 günlüyündə olarkən mötəbər turnirin yarımfinalında meydana çıxıb.

Modriçi isə 38 yaş 302 günlüyündə yarımfinalda oynamış Paolo Maldini (“Milan”) qabaqlayır.

Xəbər xətti