"Beşiktaş" Portuqaliya millisinin üzvü ilə maraqlanır

14:19 - 1 May 2024

"Beşiktaş" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Leypziq"in forvardı Andre Silvanı transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş" icarə əsasında "Real Sosyedad"da çıxış edən 28 yaşlı futbolçu üçün yayda Almaniya klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Leypziq" Andre Silvanı 2023-cü ilin yayında icarəyə göndərib. Portuqaliya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti