"Liverpul" niderlandlı forvardı transfer etmək istəyir

14:48 - 1 May 2024

"Liverpul" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Atalanta"da çıxış edən Tyon Kopmeynersi transfer etmək istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Liverpul"un yeni baş məşqçisi təyin olunacağı gözlənilən Arne Slot niderlandlı vingeri sərəncamında görmək istəyir. Mersisayd təmsilçisi 26 yaşlı futbolçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Tyon Kopmeyners 2021-ci ilin yayında "AZ Alkmar"dan "Atalanta"ya keçib. Niderland millisinin üzvü bu mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti