Klopp sabiq klubuna qayıdacaq - İDDİA

14:59 - 1 May 2024

"Liverpul"un baş məşqçisi Yürgen Klopp mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, alman mütəxəssis karyerasını ölkəsində davam etdirə bilər. Bu barədə "İndependiente" nəşri məlumat yayıb.

Kloppun sabiq klubu "Borussiya"ya qayıtmaq ehtimalı var. 56 yaşlı məşqçinin 2025-ci ildə Dortmund təmsilçisinin baş məşqçisi olacağı bildirilir.

Qeyd edək ki, Yürgen Klopp  2008-2015-ci illərdə "Borussiya"nı çalışdırıb. O, 2015-ci ildən "Liverpul"a rəhbərlik edir.

Xəbər xətti