Alman hücumçu üçün mövsüm başa çatdı

15:28 - 1 May 2024

İngiltərənin "Tottenhem" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Timo Verner sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Anje Postekoqlu məlumat verib.

Alman forvard Premyer Liqanın 35-ci turunun "Arsenal"la matçında (2:3) dizindən zədə alıb. 28 yaşlı futbolçu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Tottenhem" Timos Verneri bu ilin yanvar ayında "Leypziq"dən icarəyə götürüb. Almaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti