37 yaşlı hücumçu komandasında qalacaq

16:21 - 1 May 2024

"Lester Siti" rəhbərliyi mövsümün sonunda klubla müqaviləsi başa çatan Ceymi Vardi haqda qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqaya vəsiqəni təmin etmiş komanda 37 yaşlı hücumçu ilə yola davam edəcək. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

"Tülkülər" İngiltərə millisinin sabiq üzvünün sözləşməsinin müddətini 2025-ci ilin yayına kimi uzadacaq.

Qeyd edək ki, "Lester Siti" Ceymi Vardini 2012-ci ilin yayında "Flutvud"dan transfer edib. Təcrübəli forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti