Gürcü qapıçı məşhur kluba keçə bilər

16:40 - 1 May 2024

"Atletiko" yayda qapıçı Yan Oblakla yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı olan qolkiperi daha gənc "əlcək sahibi" ilə əvəzləməyi planlaşdırır. Bu barədə AS nəşri məlumat yayıb.

"Atletiko"nun əsas hədəfi "Valensiya"da çıxış edən Giorgi Mamardaşvilidir. Paytaxt klubu gürcü qapıçı üçün "yarasalar"la danışıqlara başlayacaq. "Valensiya" 23 yaşlı futbolçu üçün 25 milyon avro tələb edəcək.

Qeyd edk ki, "Valensiya" Giorgi Mamardaşvilini 2021-ci ilin yayında Tbilisi "Dinamo"sundan transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində 33 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti