"Mançester Yunayted"dən ayrılmaq istəyir

16:59 - 1 May 2024

"Mançester Yunayted"in futbolçusu Bruna Fernandeş komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Premyer Liqa təmsilçisində özünü xoşbəxt hiss etmir. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

29 yaşlı orta xətt oyunçusu "qırmızı şeytanlar"da qalıb-qalmayacağı ilə bağlı qərarı Avro-2024-dən sonra verəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvar ayında "Sportinq"dən transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Mançester təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti