AFFA klubları çətin vəziyyətə salıb - legionerlər FİFA-ya şikayət edəcəklər

17:41 - 1 May 2024

AFFA-nın yeni rəhbərliyi Premyer Liqa klublarında özlərinə qarşı ilk narazılığı yaradıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, elita təmsilçiləri dövlət tərəfindən onlara ayrılan maliyyə yardımını federasiyadan ala bilmir.

Bu gün mayın 1-dir, amma hələ də illik dotasiyanın mart ayına düşən hissəsi tam şəkildə yüksək liqa iştirakçılarının bank hesablarına köçürülməyib.

Aylıq 300 min manatın cüzi bir hissəsi ödənilib, əsas vəsaitin nə vaxt veriləcəyi isə naməlumdur. Klublar qeyri-müəyyənlikdən şikayətçidir və AFFA-nı bundan məlumatlandırıblar.

Bildiriblər ki, onlar planlarını əsasən federasiyadan gələn məbləğ üzərində qurduqlarından, futbolçuların giley-güzarını dinləməkdən yorulublar.

Ən çox da legionerlər. Əcnəbi oyunçular pullarının tezliklə ödənilməyəcəyi təqdirdə, UEFA və FİFA-ya şikayət məktubu göndəriləcəyinə dair onlara xəbərdarlıq edib.

Xəbər xətti