Azarkeşlərlə futbol oynayan məşhur futbolçu cərimələndi - VİDEO

17:58 - 1 May 2024

"Trabzonspor"un futbolçusu Nikolas Pepe azarkeşlərlə minifutbol oynayıb.

Sportal.az xəbər verir ki, klub 28 yaşlı vingerin hərəkətini yaxşı qarşılamayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Rəhbərlik zədələnmək riski olduğu üçün Pepeyə xəbərdarlıq edib. Bundan əlavə futbolçu pul cəzasına məruz qalıb.

Qeyd edək ki, "Trabzonspor" Nikolas pepeni 2023-cü ilin sentyabr ayında "Arsenal"dan transfer edib. Fil Dişi Sahili millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti