"Arsenal" braziliyalı forvardı satacaq

18:15 - 1 May 2024

"Arsenal" yayda hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, London təmsilçisi bununla yanaşı aparıcı futbolçularından birini satacaq. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

"Arsenal" Qabriel Jezusla yollarını ayırmaq niyyətindədir. "Topçular" braziliyalı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Jesusla yanaşı Eddi Nketia da satışa çıxarılacaq.

Xəbər xətti