"Liverpul"un kapitanı "Bavariya"nın hədəfində

19:19 - 1 May 2024

"Liverpul"un kapitanı Vircil van Deyk karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Bavariya" niderlandlı mərkəz müdafiəçisini transfer etmək istəyir. Bu barədə "Sports Zone" məlumat yayıb.

Münhen təmsilçisinin rəsmiləri 32 yaşlı futbolçu üçün son günlərdə təmasa keçib.

Qeyd edək ki, "Liverpul" Vircil van Deyki 2018-ci ilin yanvar ayında "Sauthempton"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti