"Mançester Yunayted"in futbolçusunu "Fənərbaxça"ya təklif etdilər

19:52 - 1 May 2024

"Mançester Yunayted"in futbolçusu Sofyan Amrabat karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçinin "Fənərbaxça"ya keçmək ehtimalı var. Bu barədə"Fanatik" nəşri məlumat yayıb.

Menecerlər 27 yaşlı orta xətt oyunçusunu İstanbul təmsilçisinə təklif edib. "Fənərbaxça" transferin maliyyə şərtlərini araşdırır.

Qeyd edək ki, "Fiorentina" mövsümün əvvəlində Sofyan Amrabatı "Mançester Yunayted"ə icarəyə verib. Mərakeş millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində 25 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti