"İmişli" Yevlaxda uduzdu - VİDEO

22:33 - 1 May 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXIV tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda "İmişli"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 38-ə yüksəldən "Karvan" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 46 xalı olan "İmişli" isə 2-ci yerdədir.

Karvan" - "İmişli" 1:0

Qol: Uensley Ondo, 16

Xəbər xətti