Azərbaycan dünya çempionunu məğlub edərək turnirin qalibi oldu

23:29 - 1 May 2024

Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqroda keçirilmiş turnirdə qalib olub. 

Sportal.az xəbər verir ki, yığma komandamız finalda Rumıniya ilə qarşılaşıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünya çempionunu 5:4 hesabı ilə məğlub edib.

Millimiz qrupda rumınlara 0:1 hesabı ilə uduzmuşdu. Futbolçularımız Monteneqro(1:0, 3:2) və Bosniya və Herseqovina (6:0) yığmasına da qalib gəlmişdi. 

Xəbər xətti