"Neftçi"nin sabiq futbolçusu Erik Fabian Ramos Sportal.az saytına açıqlama verib.
"Ağ-qaralar"ın paraqvaylı sabiq futbolçusu komandanın Premyer Liqadakı çıxışını dəyərləndirib:
"Neftçi"nin 9-cu tura qədər qalib gələ bilməməsi təbii ki, çox pis nəticə idi. Ona görə də baş məşqçi dəyişikliyinə təəccüblənmədim. Lakin pis nəticələrə görə məsuliyyət tək baş məşqçinin yox, hamının üzərinə düşür. Samir Abbasovun artıq klubda tarixi olan, Azərbaycan futbolunu çox yaxşı bilən biridir. Kluba çempionluq qazandırıb. Amma bir məsələ var. Samir Abasov indiki oyunçuların transferində iştirak etməyib, işləmək vaxtı da çox deyil. Amma Abasovun klubu düşdüyü pis durumdan çıxarmaq qabiliyyəti var".
2012-2017-ci illərdə "Neftçi"nin formasını geyinmiş paraqvaylı həmin dönəmi də xatırlayıb: "Mənim vaxtım da “Neftçi”də elit oyunçular var idi. İndi isə hər 6 aydan bir oyunçu dəyişikliyi baş verir, əfsanələr də yoxdur. Yalnız müqavilələr, transferlər olur. Lakin unudurlar ki, onların klub qarşısında böyük öhdəlikləri var".