"Arsenal" transfer çalışmalarına başlayıb.
Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, “topçular” “Komo”nun argentinalı müdafiəçisi Niko Pazla maraqlanır.
London təmsilçisi qışda bu transferi reallaşdırmaq niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar gedir. Nikonun “Komo” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. “Tenerife” yetirməsi olan Paz “Kastilya”da oynayıb. O, bu mövsüm 11 matçda 1 qol və 4 məhsuldar ötürmə edib.