19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, 7-ci qrupda yer alan millimiz İslandiya yığması ilə üz-üzə gəlib.
Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda təşkil olunan görüş İslandiya seçməsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti oyununu noyabrın 16-da İrlandiya yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi