UEFA prezidenti Aleksandr Çeferin oyunların sıxlığından şikayət edən futbolçulara cavab verib.
Sportal.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri oyunçuların haqsız olduğunu bildirib:
"Matçların sayını azaltsaq, maaşları da azaltmaq məcburiyyətində qalacağıq. Bunun başqa yolu yoxdur. FIFA və UEFA-ya hücum etmək asandır. Amma məsələnin həll yolu bəllidir. Az oynasaz, az qazanacaqsız. Şikayət etməli olanlar ayda 1000 avro maaş alan fabrik işçiləridir".
saytlarin hazirlanmasi