Uğursuz mövsüm keçirən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən ispan mütəxəssis uğursuzluğun səbəbinin zədələr olduğunu bildirib:
"Əvvəlki formamıza qovuşacağıq. Bu pis gedişatın sayəsində daha əvvəl nələrə nail olduğumuzu anladıq. Neçə illərdir inanılmaz dərəcədə stabil idik. Kiçik enişin olacağını gözləyirdik, amma bu qədərini biz də gözləmirdik. Uğursuz nəticələrin səbəbi 7-8 futbolçumuzun eyni anda zədələnməsidir"
Qeyd edək ki, Pep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" keçirdiyi son 13 oyunda 1 qələbə qazanıb, 3 heç-heçə edib, 9 dəfə isə məğlub olub.
saytlarin hazirlanmasi