"Mançester Siti"nin müdafiəçisi Manuel Akanci karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" isveçrəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" Akanci üçün "Mançester Siti" ilə danışıqlara başlamağa hazırlaşır.
30 yaşlı mərkəz müdafiəçisi "Qalatasaray"dan 7,5 milyon avro maaş tələb edir. İstanbul nəhəngi bu məbləği aşağı salmağa çalışır.
Qeyd edək ki, "Mançester Siti" Manuel Akancini 2022-ci ilin yayında "Borussiya"dan transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qallb.
saytlarin hazirlanmasi