"Qarabağ"ın oyununa bütün biletlər satıldı

15:59 - 20 İyul 2025

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şelburn" - "Qarabağ" matçına maraq yüksəkdir.

Sportal.az xəbər verir ki, “Tolka Park” stadionunda baş tutacaq oyun üçün bütün biletlər satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Stadionun tamaşaçı tutumu 5.700 nəfərikdir.

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" qarşılaşması 23 iyul tarixində, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti