"Qalatasaray"ın Osimhen transferinin detalları

22:47 - 20 İyul 2025

Napoli" və "Qalatasaray" Osimhen transferində razılığa gəliblər.

Sportal.az xəbər verir ki, "Sky Sport Italia"nın məlumatına görə, transfer 75 milyon avroya başa gəlib.  Gələcək satışdan 10% pay maddəsi də mqavilədə yer alıb. Bank zəmanəti məsələsi də artıq həll olunub.

İstanbul klubu hücumçu üçün ilkin olaraq 40 milyon avro ödəyəcək, qalan məbləği isə il ərzində 17,5 milyonluq hissələrlə ödəyəcək.

Razılaşmaya, həmçinin, Osimhenin iki il ərzində İtaliya klublarına satılmasını qadağan edən maddə də daxil ediləcək.

Geridə qalan mövsümdə Osimhen "Qalatasaray"da icarə əsasında çıxış edib. Türkiyə çempionatında o, 30 oyunda iştirak edib, 26 qol və 5 assistlə yadda qalıb.

Xəbər xətti