İngiltərənin "Vulverhempton" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Rob Edvards çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uelsli mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Qurdlar" 42 yaşlı məşqçi üçün onun son klubu "Midlsbro"ya 3 milyon funt-sterlinq təzminat ödəyib.
Qeyd edək ki, "Vulverhempton" bir neçə gün əvvəl Vitor Pereyra ilə yollaarını ayırmışdı.
saytlarin hazirlanmasi
