Yarımfinal və final matçlarının məkanı açıqlandı - Türkiyə Super Kuboku

21:43 - 12 Noyabr 2025

Türkiyə Super Kuboku oyunlarının keçiriləcəyi tarixlər və məkanlar müəyyənləşib.

Sportal.az xəbər verir ki, yarımfinal matçları 2025-ci ilin yanvarın 5-də Qaziantepdə, 6-da isə Adanada baş tutacaq. Final görüşü 10 yanvar tarixində İstanbulda Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Yarımfinalda "Qalatasaray" "Trabzonspor"la, "Fənərbaxça" isə "Samsunspor"la üz-üzə  gələcək. Yarımfinal oyunlarının hansı şəhərdə keçiriləcəyinə püşkün nəticəsində aydınlıq gələcək.

Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.

 

Xəbər xətti