Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə Bakıda keçirilən D qrupundakı oyunu (0:2) şərh edib.
Sportal.az saytına açıqlama verən millimizin üzvü görüş haqda bunları deyib:
"Təəssüf ki, uduzduq. Düşünmürəm ki, pis oynadıq. Qol vurmaq şanslarımız oldu. Qol vura bilməməyimiz təəssüf doğurur. Amma təslim olmamalıyıq. Bu, sadəcə başlanğıcdır. Ayxan Abbasov komandaya rəhbərlik etdikdən sonra komanda fədakarcasına oynamağa başlayıb və biz öz xarakterimizi bərpa etdik. Düşünürəm ki, bunu hamı görə bilər. İnanıram ki, gələcəkdə daha güclü olacağıq və nəticə əldə edəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi
