Gənc yarımmüdafiəçi Bundesliqa nəhənglərinin hədəfində

19:26 - 14 Noyabr 2025

"Anderlext"in yarımmüdafiəçisi Natan De Keti karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, “Bavariya” və “Borussiya” belçikalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Mənbənin məlumatına görə, Almaniya futbolunun hər iki nəhənginin nümayəndələri 17 yaşlı belçikalı oyunçunun inkişafını diqqətlə izləyirlər.

Gənc dayaq yarımmüdafiəçisinin “bənövşəyi-ağlar”la mövcud müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. "Transfermarkt" portalı onu 7 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Natan De Ket bu mövsüm “Anderlext”in heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti