Azərbaycan cüdoçusu Qran-Pri turnirində bürünc medal qazandı

20:50 - 14 Noyabr 2025

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürüb. 

Sportal.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.

-60 kq çəki dərəcəsində Hüseyn Allahyarov üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gələrək bürünc medal qazanıb. Bu, 22 yaşlı cüdoçumuzun Dünya Cüdo Turunda ilk mükafatı olub. 

Qeyd edək ki, Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.

Xəbər xətti