"Neymar dərhal PSJ-yə keçdiyinə peşman oldu və geri dönmək istədi"

00:51 - 15 Noyabr 2025

“Barselona”nın sabiq idman direktoru və sabiq idarə heyəti üzvü Xavyer Bordas Neymar haqqqında fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Bordas müsahibəsində Neymarın "Barselona"dan PSJ-yə trasnferi haqda söz açıb:

“Soyunub-geyinmə otağı ilə rəhbərlik arasında çox sıx əlaqə vardı. Məni ən çox təəccübləndirən isə odur ki, Neymar “Barselona”dan ayrıldıqdan sonra geri dönmək istədi. O, ayrıldığına dərhal peşman oldu. Messi və Suarez braziliyalının geri dönməsi üçün çalışırdılar. Biz razılığa gəldik, şərtlər kifayət qədər yaxşı idi, amma nəticədə hər şeyi ləğv etmək qərarına gəldilər".

Xəbər xətti