"Roma" ilə müqaviləsi yayda başa çatan Zeki Çelik gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, türkiyəli futbolçu paytaxt klubunu tərk edəcək. Bu barədə "La Stampa" məlumat yayıb.
"Roma" Zekinin illik 4 milyon avro maaş tələbini qəbul etməyib. Buna görə də tərəflər anlaşa bilməyib.
29 yaşlı sağ cinah müdafiəçisinin karyerasını "Yuventus"da davam etdirəcəyi bildirilir. "Ağ-qaralar" yayda azad agent statusunda olacaq təcrübəli oyunçu ilə razılıq əldə edib.
Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən 7,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
