Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun transfer dəyəri aşağı düşüb.
Sportal.az xəbər verir ki, Almaniyanın Transfermarkt portalının məlumatına görə, Dadaşovun qiyməti 500.000 avrodan 400.000 avroya (təxminən 785.000 manat) enib.
27 yaşlı hücumçu ötən mövsümü Polşanın "Motor” klubunda keçirib və may ayının sonunda bu klubla yollarını ayırıb.
Hazırda millinin düşərgəsinə yer alan Dadaşov klubsuzdur.
