"Bu cür möhtəşəm milli komandanın heyətində debüt etdiyim üçün xoşbəxtəm. Ən yaxşısını etməyə çalışdım".
Bu sözləri Sportal.az saytına açıqlamasında U-21 yığma komandamıza ilk dəfə cəlb edilmiş Lorenzo Mezzotero deyib.
"Sampdoriya"nın forvardı yığma komandamızdakı ilk görüşündə Bəhreynə qol vurmasından da bəhs edib. O, kollektivdəki mehribançılıqdan da danışıb:
"Təbii ki, debüt matçımda qol vurmağım məni daha da xoşbəxt edir. Komanda yoldaşlarımın xidməti böyükdür. Onlar məni çox yaxşı qəbul etdilər. Məhz bu məqam da məni çox sevindirir. Əla kollektivimiz var. Azarkeşlərə də təşəkkür edirəm ki, hamısı məni çox gözəl qarşıladı, məni təbrik etdilər. Bütün bunlar məni daha da çox xoşbəxt edir. Ona görə çox sevinirəm. Azərbaycan yığmasında oynadığım üçün fəxr edirəm. U-21 yığmamız da perspektivlidir. Heyətimizdə çox yaxşı futbolçular oynayır. Məşqçilər korpusu da daim yanımızdadır. Fikrimcə, hər şey əla alınacaq".
Qeyd edək ki, Azərbaycan yığması Türkiyənin Isparta şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama matçında Bəhreynin U-21 yığmasına 3:0 qalib gəlib.
Mirbağırağa
saytlarin hazirlanmasi
