İspaniya və “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabal Peru(3:1) ilə yoldaşlıq oyununda zədələnib.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun Peru millisinin müdafiəçisi ilə hava mübarizə zamanı ayağının üstünə yöndəmsiz şəkildə düşməsi nəticəsində baş verib.
Nəticədə o, meydançanı erkən tərk etmək məcburiyyətində qalıb. Tibb heyəti ilə məsləhətləşmədən sonra oyunçunun sağlamlığını riskə atmamaq qərarı verilib və onun yerinə hücumçu Yeremi Pino meydana buraxılıb.
Oyarzabalın zədəsinin ciddi olub-olmadığını müəyyən etmək üçün əlavə tibbi müayinələrə ehtiyac olacaq. Əgər zədə gözləniləndən daha ciddi olarsa, hücumçu ən azı iki gün sonra, iyunun 11-də başlayacaq dünya çempionatının startını buraxmaq riski ilə üzləşib.
İspan hücumçu ötən mövsüm klubda 40 oyun keçirib, 18 qol vurub və dörd məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
